Generalla birlikdə həbs edilən yüksək rütbəli zabitlər AZADLIQDA

10.05.2021 - 14:27

 

Generalla birlikdə həbs edilən yüksək rütbəli zabitlər AZADLIQDA

 

DSX Sahil Mühafizəsinin həbs edilən digər vəzifəli şəxsləri azadlığa buraxılıb.

Bakı Hərbi Məhkəməsi düz bir il əvvəl keçirilən “DSX əməliyyatı” ilə bağlı hökmü elan edib.

Hökmə əsasən DSX rəisinin müavini, general-leytenant Əfqan Nağıyevlə birgə həbs edilən Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Nemət Pənahov, polkovnik-leytenant Elçin Vəliyev, polkovnik Samiq Əzizov, polkovnik-leytenant Sakit Muradov, mayor Müzəffər Namazov məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə onların hər biri barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə şərti cəza verib.

Qeyd edək ki, DSX zabitləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaratmaqda ittiham olunurdu.

Onlara Cinayət Məcəlləsinin rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb.

Bildirək ki, bu iş üzrə məhkəmə istintaqı davam edən ərəfədə general-leytenant Əfqan Nağıyev barəsində cinayət işinə xitam verilmişdi. Generalın günahsızlığı sübuta yetirilmişdi. Bunun ardınca general Vətən Müharibəsində öz mövqeyində xidmətdə olub. General xidmətlərinə görə “Qarabağ” ordeni ilə təltif olunub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=163442

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930