Ermənistanda seçki günü Ərdoğan Bakıya gələrsə…

25.05.2021 - 09:49
Ermənistanda seçki günü Ərdoğan Bakıya gələrsə...

 

Ərdoğanın yaxın həftələrdə Azərbaycana səfəri gözlənilir.

Türkiyə Prezidentinin Ramazan bayramından sonra gələcəyi və Azərbaycan Prezidenti ilə Şuşaya gedəcəyi bəlli idi. Dəqiq tarix isə məlum deyil, güman ki, səfərə bir neçə gün qalmış açıqlanacaq.

Ərdoğan Bakıya 15-20 iyun tarixləri arasında da gələ bilər. Türkiyə milli komandası futbol üzrə Avropa çempionatında iki oyununu Bakıda keçirəcək: Türkiyə – Uels (16 iyun); Türkiyə – İsveçrə (20 iyun).

Ərdoğan Bakıda Əliyevlə birlikdə Türkiyə millisinin oyunlarını (ikisindən birini) stadiondan izləyə bilər.

Siyasi mesaj baxımından bunun 20 iyunda – Ermənistanda növbədənkənar parlament seçkiləri günündə olması ehtimalını irəli sürmək mümkündür. Ermənistanın gələcəyi, eləcə də regiondakı proseslərin inkişafı müəyyənləşən zaman Ərdoğanla Əliyevin futbol matçını seyr etməsi xüsusilə maraqlı olar…

Ərdoğan 15-20 iyun tarixləri arasında Azərbaycana səfər edərsə, Ermənistanda seçkilərin keçirildiyi gün Əliyevlə birlikdə Şuşaya da gedə bilər və bu, özündə xüsusi mesajları ehtiva edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=163887

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31