Azərbaycanda əsgərin intiharına görə baş çavuş həbs edildi

10.09.2021 - 18:19

 

Azərbaycanda əsgərin intiharına görə baş çavuş həbs edildi

 

Baş Prokurorluq məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən  daxil olan məlumatda deyilir:

“Xəbər verildiyi kimi, sentyabrın 6-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məmmədağa Məlikzadənin odlu silahdan atəş açmaqla özünü öldürməsi faktı əsasında Hərbi Prokurorluğun İstintaq idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır.

İstintaqla N saylı hərbi hissəsinin baş çavuşu Fərəməz Abasovun rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar tabeliyində olan şəxsə – əsgər Məmmədağa Məlikzadəyə qarşı zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərəməz Abasov Cinayət Məcəlləsinin 329.2.1-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə Bakı Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=166729

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31