İran Əliyevin nələr etdiyini unudub? – Rus analitik

05.10.2021 - 12:00

 

İran Əliyevin nələr etdiyini unudub? – Rus analitik

 

Tehran bəyan edir ki, guya Bakı İsrailə İranı hədələmək üçün Azərbaycan ərazisindən istifadə etməyə icazə verib. Bu, əsası olmayan absurd bir bəyanatdır. Bundan əlavə, İranın bu bəyanatı ümumiyyətlə məntiqdən məhrumdur.

Bu fikirləri rusiyalı hərbi analitik Aleksandr Artamonov deyib.

Onun sözlərinə görə, Azərbaycan öz ərazisindən qonşularına qarşı istifadə etməyə prinsipial olaraq müqavimət göstərib və bu prinsip Azərbaycanın xarici siyasətinin təməl daşıdır.

“Bakının bu mövqeyi vaxtilə sınaqdan keçib. 2005-ci ildə amerikalılar Bakıya Azərbaycan ərazisində İran sərhədləri yaxınlığında ABŞ xüsusi təyinatlı qüvvələr bazasının yaradılması barədə fikrini dilə gətirdilər. Əks təqdirdə, onlar Azərbaycanı “rəngli inqilab” və müxalifətə dəstək olacağı ilə hədələdilər. Hədə-qorxuya baxmayaraq, Prezident Əliyev prinsipial mövqeyindən geri çəkilmədi. Yaddan çıxarmayaq ki, o zamanlar Amerika İraq və Əfqanıstana daxil olaraq, öz qüdrətini dünyaya bəyan etmişdi.

Bu gün, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan hakimiyyəti daha möhkəm və daha inamlı olduğundan, heç kimə qarşı öz ərazisindən istifadə olunmasına imkan verməz. Heç kim Azərbaycana bunu məcbur edə bilməz. Tehranı yalnız Azərbaycanda Türkiyənin nüfuzunun artmasından narahat olmaq kontekstində başa düşmək olar, lakin müasir Türkiyəni “sionist qüvvə” adlandırmaq ən azı siyasi baxımdan düzgün deyil. Bu, heç də İran üçün produktiv olmayacaq.

Bu gün Azərbaycan Prezidenti Əliyev “Dostluq sərhədi” adlandırdığı İranla 30 il müddətinə işğal altında qalmış yüz kilometrlik sərhədi nəzarət altına alıb. Bütün bunların fonunda İranın Azərbaycana qarşı dost olmayan mövqeyi Bakının Ankara ilə münasibətlərinin daha da dərinləşməsinə gətirib çıxaracaq”, – deyə ekspert qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167335

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930