46 nəfərə MİDA-dan ev vədi verən qadının işi MƏHKƏMƏDƏ

15.10.2021 - 18:43

Məmmədova Günay Ənvər qızının qanunsuz əməlləri barədə daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

 

Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Günay Məmmədovanın Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan sosial binalardan mənzillərin ayrılması üçün 2019-2020-ci illər ərzində müraciət etmiş ayrı-ayrı şəxslərə guya Agentliyin vəzifəli şəxslərinə rüşvət verilməsi müqabilində güzəştli şərtlərlə mənzillərin verilməsinə köməklik göstəriləcəyi barədə yalan vəd verərək ümumilikdə 46 nəfər şəxsə məxsus cəmi 703 min 700 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşib.

 

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında  Günay Məmmədovaya CM-nin 178.4 (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2 (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi üzrə vurulmuş maddi ziyanın 134 min 600 manat hissəsinin ödənilməsi təmin edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=167652

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2021
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031