Nərə balığı satanlar cəzalandırıldı

01.11.2021 - 17:41

Xaçmazda qanunsuz ovlanmış balıqların satışı ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə araşdırılıb.

 

Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, Xudat şəhərində fəaliyyət göstərən kənd təsərrüfatı bazarında aparılan araşdırmalar zamanı şəhər sakinləri Ramin Ağamalıyev və Elvin Yaqubov tərəfindən ovlanması qanunla qadağan olunmuş nərə balıqlarının satılması faktı aşkar olunub.

 

“Faktla bağlı akt tərtib edilib və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbir görülüb”.

 

H.Əlizadə onu da qeyd edib ki, qanunsuz balıq ovunun və satışının qarşısının alınması istiqamətində monitorinqlər davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=167974

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31