Zəngəzur dəhlizinin açılmasına bu ölkələr mane olur – Hasan Oktay AÇIQLADI

04.11.2021 - 15:40
Zəngəzur dəhlizinin açılmasına bu ölkələr mane olur – Hasan Oktay AÇIQLADI
“44 günlük Vətən müharibəsinin üzərindən bir il keçir. Noyabrın 10-da üçtərəfli bəyannamənin ildönümünü qeyd edəcəyik. Bu müddət ərzində Laçın dəhlizinin açılmasına rəğmən, Zəngəzur dəhlizinin açılması ilə bağlı hər hansı bir irəliləyiş müşahidə olunmadı. Bu onu göstərir ki, önümüzdəki günlərdə də Qarabağın rusı sülhməramlılarının yerləşdiyi hissəsi və Zəngəzur məsələsi yenə də gündəmdə öz yerini qoruyacaq”.
Bunu Publika.az-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) rəhbəri Hasan Oktay deyib.
QAFSAM sədri bildirib ki, bundan sonra Türkiyə və Azərbaycan əlaqələrini gözləniləndən və arzu ediləndən daha çox irəli səviyyələrə daşımaq lazımdır: “İki qardaş ölkə arasındakı əlaqələri duyğusal müstəvidən daha real zəminlərə, müstəvilərə daşımaq indiki mərhələdə olduqca önəmlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi, altı ölkənin “3+3” formatında görüşlərinin gerçəkləşməsi və ya həmin görüşlərdən hər hansı nəticə əldə olunması mümkün deyil. Çünki İran və Rusiya Zəngəzur dəhlizinin açılmasına, Türkiyə-Azərbaycan əlaqələrinin daha üst səviyyələrə daşınmasına qarşı çıxırlar. Onlar bunu açıq şəkildə büruzə verirlər. Buraya Gürcüstan amilini də əlavə etmək lazımdır. Ona görə ki, Zəngəzur dəhlizinin açılması Gürcüstanı da narahat edir”.
Hasan Oktayın fikrincə, rəsmi Tiflis də Gürcüstan üzərindən nəqliyyat və daşınma aktivliyinin Zəngəzur dəhlizi üzərinə keçməsini istəmir: “Beləliklə, Cənubi Qafqazdakı prosesləri ilk baxışdan hər kəsin dəstəklədiyi görünəcək. Fəqət, elə həmin ölkələr buna qarşı çıxacaqlar. Beləliklə, önünmüzdəki günlərdə yenidən Qarabağın “statusu” məsələsi “gündəmə” gətiriləcək. Eləcə də Zəngəzur dəhlizinin açılması məsələsi müzakirəyə çıxarılacaq. Bütün bu maneələri aşmaq üçün Azərbaycan-Türkiyə-Ermənistan əlaqələrini ayrı bir müstəvidə dəyərləndirmək lazımdır. Bundan sonra proseslərin normallaşması bu üç ölkə arasındakı əlaqələri ən üst səviyyəyə daşımaqdan keçir”.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=168079

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031