Azərbaycanın tanınmış idmançısı polis idarəsinin həyətində qarət olundu

24.01.2022 - 16:09

Azərbaycanın tanınmış idmançısı Gözəl Zutova qarət edilib. Bu barədə xanım idmançı özü məlumat verib.

Onun sözlərinə görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin həyətində qeydə alınıb: “Şəxsi avtomobilimi satmaq məqsədilə sənədləşmə aparmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə getmişdim. Maşında mənimlə birgə azyaşlı uşağım var idi. Sənədləşmə ilə əlaqədar binaya daxil olandan sonra naməlum şəxs avtomobilin içərisindəki əl çantamı götürərək hadisə yerindən qaçıb. Çantamda çox bahalı boyunbağı, az miqdarda pul və şəxsi sənədlərim olub. Polisdən mənə bildirildi ki, hadisəni törədən şəxs kameralara düşüb. Lakin görüntüləri mənə göstərmədilər. Hadisəyə görə hələ heç kim tutulmayıb. Kamera görüntüləri varsa, polis niyə onu tutmur? Hər şey ortadadır, oğurluq hamının gözü qarşısında olub. Hazırda hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=169734

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031