Çavuşoğlu rusiyalı və ukraynalı həmkarları ilə danışıqlar aparıb

16.02.2022 - 19:51


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

“Cumhuriyyet.net, “Haber Global”-a istinadən xəbər verir ki, Türkiyə XİN başçısının rusiyalı və ukraynalı həmkarları ilə söhbətində əsas müzakirə mövzusu Rusiya-Ukrayna gərginliyi olub. Çavuşoğlu problemin həlli üçün diplomatik təşəbbüslərin vacibliyini vurğulayıb. Bu çərçivədə o, Türkiyənin Rusiya ilə Ukrayna arasındakı danışıqlara ev sahibliyi etməyə hazır olduğunu bir daha vurğulayıb.

Lavrov və Kuleba COVID-ə yoluxan türkiyəli nazirə şəfa diləyib, onun tezliklə sağalmasını arzulayıblar.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=170744

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728