TIR sürücülərinin yolu bağlamasına görə cinayət işi AÇILDI
Bu gün TIR sürücülərinin paytaxtın Heydər Əliyev prospektində yolu bağlaması faktı ilə əlaqədar cinayət işi başlanılıb.
Bu barədə Modern.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
O, bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb:
“Məsələyə hüquqi müstəvidə qiymət veriləcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=170804