Benzinin idxal qiyməti ARTIB

19.02.2022 - 16:14


2021-ci ildə Azərbaycan ümumi 155 092,66 ton həcmində benzin (115 888 260 dollar dəyərində) idxal edib.

Oxu.Az-ın araşdırmasına görə, ümumi idxal həcmi 2020-ci illə müqayisədə 40 484,78 ton və ya 35,3 faiz artıb.

2021-ci ildə 2020-ci illə müqayisədə Azərbaycanın idxal etdiyi “Aİ-95” premium ilə “Aİ-98” super markalı benzinin orta illik dəyəri artıb.

Belə ki, bu dövr ərzində 147 412,23 ton həcmində, 111 106 150 dollar dəyərində “Aİ-95” premium markalı benzin idxal edilib. “Aİ-95” markalı benzinin bir ton üçün orta illik dəyəri 753,71 dollar təşkil edib. Bu isə əvvəlki il idxal edilən “Aİ-95” markalı benzinin bir ton üçün orta idxal dəyərindən 24,7 faiz çoxdur.

2021-ci ildə ölkəyə 2 684,79 ton həcmində və 2 395 070 dollar dəyərində “Aİ-98” markalı benzin idxal edilib. Bir ton üçün məhsulun orta illik idxal dəyəri 892,08 dollar təşkil edib ki, bu da 2020-ci ildə idxal edilən bir ton “Aİ-98” markalı benzinin orta illik idxal dəyərindən 12,9 faiz çoxdur.

Eləcə də, bu dövrdə 4 995,64 ton həcmində 2 387 040 dollar dəyərində oktanı 95-dən az olan benzin idxalı baş tutub. Bu məhsulun bir ton üçün gömrük dəyəri 477,8 dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə aylarında Azərbaycan ümumi 115 607,88 ton həcmində benzin (70 510 290 dollar dəyərində) idxal edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=170876

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728