Putin və Əliyev müttəfiqlik haqqında bəyannamə imzalayacaq

21.02.2022 - 16:37

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev fevralın 22-də Qarabağ üzrə sazişlərin icrasını müzakirə edəcəklər.

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti rəsmi məlumat yayıb.

“Fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin Rusiyada rəsmi səfərdə olacaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə danışıqlar aparacaq. Görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı bütün məsələlərin müzakirəsi planlaşdırılır. Siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə danışıq olacaq”, – məlumatda deyilir.

Bundan başqa, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağa dair 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

“Danışıqların yekunlarına əsasən, Rusiya ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə çatdıran əməkdaşlıq haqqında Bəyannamə imzalanacaq”, – deyə Kremlin yaydığı məlumatda vurğulanıb.

Qeyd edək ki, sabah Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfəri gözlənilir. Bununla bağlı xəbəri Rusiya tərəfi yayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=170920

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728