AZAL-ın iki vitse-prezidenti işdən çıxarıldı
“Azərbaycan Hava Yolları” QSC-nin iki vitse-prezidenti vəzifəsindən azad edilib.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb.
Məlumata görə, Andropova Lyubov Pavlovna (iqtisadiyyat və maliyyə məsələləri üzrə) və Etibar Xudaverdi oğlu Hüseynov vitse-prezident vəzifələrindən azad edilib.
Hazırda “Azərbaycan Hava Yolları”nın 5 vitse-prezidenti var.
Short URL: http://www.cumhuriyyet.net/?p=171125