cumhuriyyet.net
AZAL-ın iki vitse-prezidenti işdən çıxarıldı • Cumhuriyyət
“Azərbaycan Hava Yolları” QSC-nin iki vitse-prezidenti vəzifəsindən azad edilib. Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb. Məlumata görə, Andropova Lyubov Pavlovna (iqtisadiyyat və maliyyə məsələləri üzrə) və Etibar Xudaverdi oğlu Hüseynov vitse-prezident vəzifələrindən azad edilib. Hazırda “Azərbaycan Hava Yolları”nın 5 vitse-prezidenti var.
nesimi