Dünya üçün ən böyük təhlükə: nəzarətsiz liderlər

28.02.2022 - 14:15

“Bu gün Putinin əlində cəmlədiyi hakimiyyət hədsiz dərəcədə nəzarətdən çıxıb. Stalindən üzü bəri heç bir Rusiya liderinin hakimiyyəti bu dərəcədə nəzarətdən çıxmamışdı”. “Nyu-York Tayms”ın yazarı Tomas Fridman belə düşünür.

Novator.az-ın məlumatına görə, Fridman qəzetdə dərc etdirdiyi məqaləsində vurğulayır ki, çağdaş dünya üçün ən böyük təhlükə məhz budur: Putinin nəzarətsiz hakimiyyəti.

Müəllif başqa bir nüvə dövlətinin – Çinin avtoritar lideri Si Cinpinin hakimiyyətinin də nəzarətdən çıxdığına diqqət çəkir. Bildirir ki, istər Çində kommunist rejiminin qurucusu Mao Tszedunun, istərsə də ondan sonrakı liderlərin heç birinin ixtiyarında bu qədər nəzarətsiz hakimiyyət olmamışdı.

Tomas Fridman niyə Putini Stalindən, Si Cinpini Mao Tszedundan təhlükəli saydığını belə izah edir: “Stalinin çılğınlığı əsasən Rusiya ərazisi və onun nəzarətində olan qonşu ərazilərlə çərçivələnirdi. Mao isə Çini elə təcrid etmişdi ki, onun çılğınlığı yalnız öz xalqının başında çatlayırdı”.

Müəllifin fikrincə, daha belə deyil. Çağdaş dünyada ölkələr, xalqlar bir-birinə irili-xırdalı bağlarla bağlanıb və belə bir dünyada üç ən güclü nüvə dövlətindən ikisinin başında duran adamların – Putin və Cinpinin əllərindəki nəzarətsiz hakimiyyətlə nə edəcəyinin hamıya birbaşa, ən azı dolayısı ilə təsiri var.

Putinin Ukraynaya hərbi müdaxiləsini bu baxımdan dünyanın üzləşdiyi ilk gerçək sınaq kimi qiymətləndirən müəllif yazır: “Bu müdaxilə mürəkkəb dünyamızın nə qədər düşüncəsiz və qeyri-stabil bir vəziyyət ala biləcəyindən, üstəlik, bu cür halların gələcəkdə də təkrarlanmasının mümkünlüyündən xəbər verir”.

68 yaşlı jurnalist Tomas Fridman 40 ildən çoxdur “Nyu-York Tayms”da çalışır, 30 ilə yaxındır qəzetdə xarici siyasət mövzusunda köşə yazıları ilə çıxış edir. O, üç dəfə Pulitser mükafatına layiq görülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171286

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031