Azərbaycanın Rusiyadakı aktivlərinin taleyi necə olacaq?

01.03.2022 - 13:33


Dövlət Neft Fondu tərəfindən həm dünya iqtisadiyyatında, həm geosiyasi arenada, həm maliyyə bazarlarında baş verənlər diqqətlə izlənilir, aidiyyəti təhlillər həyata keçirilir və potensial risklərin investisiya portfeli üçün yarada biləcəyi təsirlər dərindən öyrənilərək, müvafiq qərarlar verilir.

Bu barədə Oxu.Az-ın sorğusuna əsasən, Dövlət Neft Fondundan (ARDNF) məlumat verilib.

Məlum olduğu kimi Azərbaycan dövlətinin Rusiyada müxtəlif bölgülərdə aktivləri mövcuddur. Hazırkı münaqişə fonunda ölkəmizin Federasiyadakı aktivlərinin dəyərində volatilliyin müşahidə olunması qaçılmazdır. Mövcud proseslərlə əlaqədar Neft Fondu açıqlama verib.

Bildirilib ki, son hadisələr Rusiya maliyyə bazarları da daxil olmaqla, beynəlxalq birjalara öz təsirini göstərir və çox ciddi qısamüddətli dalğalanmaların şahidi oluruq. Məlumdur ki, budəfəki dalğalanmalara gətirib çıxaran səbəblər ənənəvi iqtisadi-maliyyə xarakterli deyil, hazırda dünya iqtisadiyyatı və maliyyə bazarları həm mahiyyət, həm də miqyas etibarilə fərqli mənzərə ilə qarşılaşmaqdadır:

“Neft Fondu hər hansı spesifik ölkə və ya region, maliyyə aktivi və valyuta növü üzrə konkret ixtisaslaşmış investor deyil, qlobal investordur. Fondun yüksək şaxələndirilmiş qlobal investisiya portfeli onun məqsəd və vəzifələrinin icrasına cavab verməklə yanaşı, həm də bir sıra əsas risklər, o cümlədən geosiyasi risklər düzgün nəzərə alınaraq qurulmuşdur və bu kimi şoklardan sığortalanmağa qadirdir. Hazırda investisiya portfelinin həm aktivlər üzrə bölgüsü, həm valyuta bölgüsü, həm də coğrafi bölgüsü bunu deməyə bir daha əsas verir.

ARDNF-nin investisiya portfelinin təxminən 80 faizə qədəri yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarətdir ki, məlum olduğu kimi bu aktivlər də böhran dövrlərində daha etibarlı alətlər hesab olunurlar. Fondun investisiya portfelinə daxil edilən və yalnız VTB bankın səhmlərindən deyil, dünyanın bazar kapitallaşmasına görə ən böyük 1600 şirkətin paylarını özündə əks etdirən səhm yatırımları uzunmüddətli dövrdə yüksək gəlirlilik vəd edərək portfelin diversifikasiyasının təmin olunmasında müstəsna rol oynayır və qısamüddətli dövr ərzində yüksək qiymət dəyişkənliyi ilə səciyyələnir.

Nəticə etibarilə ARDNF-nin vəsaitlərinin həcminin dəyişməsi, habelə gəlirlilik göstəricisi beynəlxalq təcrübə də əsas götürülməklə ayrı-ayrı şirkətlərin səhmləri və ya investisiya aktivləri deyil, ümumi portfel kontekstində dəyərləndirilir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=171329

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728