Ukrayna Baş Qərargahı Rusiyanın verdiyi itkiləri AÇIQLADI

04.03.2022 - 13:28


“Fevralın 24-dən Rusiya qoşunlarının Ukraynada şəxsi heyət baxımından itkilərinin sayı 9 166 nəfərdir”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Eyni zamanda bildirilib ki, Rusiyaya məxsus 251 tank, 939 zirehli döyüş maşınları, 105 ədəd artilleriya sistemləri, 50 ədəd reaktiv yaylım atəş sistemi, 18 ədəd hava hücumundan müdafiə sistemləri, 33 ədəd təyyarə (müəyyənləşdirilir), 37 ədəd helikopter, 404 ədəd avtomobil avadanlığı, 2 ədəd yüngül sürətli qayıqlar, 60 sistern, 3 kəşfiyyat PUA-sı ələ keçirilib.

“Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşib”, – deyə Baş Qərargah qeyd edib.

Mənbə: UNİAN

Short URL: http://www.cumhuriyyet.net/?p=171464

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728