Günün fotosu: Bombardmandan sağ çıxan xarkovlu və gəncəli oxşarlar…

12.03.2022 - 19:02

Bu, iki birləşdirilmiş şəkildə görünən uşaqların biri gəncəlidir, o biri isə xarkovludur.

İkisi də bombardman edilən şəhərlərin sakinləridir və hər ikisi təsadüf nəticəsində sağ qalıb.

Onlar surətcə bir-birinə oxşayırlar, sanki bir almanın yarısıdırlar. Ancaq bəxt, tale etibarıyla da bənzərdirlər. Hər ikisinin asudə yaşadığı şəhərə raket zərbələri endirilib və bu uşaqlar yüzlərlə həmyaşıdlar kimi bomba altında qalıblar, hər dəqiqə qəlpə qurbanı ola bilərdilər.

Bu saat bunların qaça-qaça dərsə gedən, oturub dərs oxuyan, tənəffüslərdə qaçdı-tutdu və ya futbol oynayan, asudə vaxtlarında velosiped sürən, taxta silahlarla “tapança-tapança” oyunu uydurub “döyüşən” vaxtlarıdır.

Amma onlar bu uşaq yaşlarında artıq gerçək müharibənin, bombardmanın, qan-qadanın, faciənin nə olduğunu bilirlər, hətta onu yaşayırlar.

Zalım düşmən nə bu uşaqların qorxusuna baxır, nə də göz yaşlarına. Onlar üçün yüz, min, on min belə məsum uşağın ölümü, sadəcə, statistikadır.

5e4f1842-b033-4c10-af43-53b7300a6aeb.jpg (150 KB)

O zalımlar əmindirlər ki, müharibədən sonra “hərbi əməliyyatlar zamanı 1234 uşaq ölüb” ifadəsi sadəcə statistik göstərici olacaq, buna görə heç kəsi mühakimə etməyəcəklər.

Bir-birinə çox oxşayan bu uşaqlar isə hələ qisas hayında deyillər. Birinin ağır günləri arxada qalıb, müharibə stressindən tam qurtulmasa da, normal həyatına dönüb, o biri hələ sığınacaqda adyala bürünmüş halda növbəti bombardmanın nə vaxt başlanacağını gözləyir.

Bu şəklə baxanda adamın ağlına yalnız bir fikir gəlir: Allah bu uşaqları bu günə qoyanlara lənət eləsin – dönə-dönə, qəni-qəni…

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171698

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930