Sensasion açıqlama! – “Qarabağın bu ərazilərində bayrağımız ucaldılacaq”  

14.03.2022 - 20:02

Martın 7-də Ermənistandan Qarabağa təbii qaz ötürən kəmərdə problem yaranıb. Həmin gündən Xankəndi və ətraf ərazilərə qazın verilişi dayandırılıb.On iki mart gecə saat 21:20-də isə Xankəndinin işıqları sönüb. Şəhərə elektrik enerjisinin nə zaman veriləcəyi isə hələlik bəlli deyil.

Hərbi ekspert Ədalət Verdiyev hazırda Qarabağda baş verənlərlə bağlı “sherg.az”a danışarkən bildirib ki, bu erməni silahlılarının indiyə qədər həmin ərazilərdən çıxarılmamasının nəticəsidir:

“Son vaxtlar atəşkəsin intensiv şəkildə pozulması Qarabağda rusların nəzarətində yaşayan ermənilərin qaz təminatının dayanması ilə nəticələndi. Böyük ehtimalla bu qaz xəttini Ermənistan tərəfdən atılan mərmi zədələyib. Həftələrlə gəlməyən qaz elektik təchizatına tələbatı artırdı və nəticədə ermənilərin istifadəsində olan tranfarmator sistemi də yüklənməyə tab gətirməyib sıradan çıxdı”.

Ə.Verdiyevin qənaətincə, hazırda erməni silahlılarının Azərbaycan tərəfinə açdığı atəşə adekvat cavab tədbirlərinin görülməsi ordumuzun ata biləcəyi ən yumşaq addımdır:
“Əslində atəş açılan mövqelərin tamamilə Azərbaycanın nəzarətinə keçməsini və həmin ərazilərdə bayrağımızın ucaldılmasını gözləyirdik. Yəqin ki, yaxın günlərdə bu da baş verəcək. İstənilən halda indi Qarabağ ərazisində yaranmış gərginliyə görə Ermənistan silahlı qüvvələri və rus sülhməramlıları məsuliyyət daşıyırlar”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=171725

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930