BMT nümayəndələri Şuşaya üz tutdular – YENİLƏNİB + FOTO

18.03.2022 - 13:14


BMT-nin Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva və BMT-nin Azərbaycandakı agentlik rəhbərləri Füzuli hava limanı ilə tanış olublar.

“Report” xəbər verir ki, onlar Füzuli hava limanına təyyarə ilə gediblər.

Qonaqlar hava limanı ilə tanışlıqdan sonra Zəfər Yolu ilə Şuşaya səfər edəcəklər.

Xatırladaq ki, bu gün Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyi qeyd olunacaq.

10:08

Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü münasibəti ilə BMT-nin nümayəndələri Şuşaya yollanıblar.

Bu barədə məlumatı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” hesabında paylaşıb.

“Biz Azərbaycanda akkreditasiyadan keçmiş BMT ailəsi ilə Şuşanı ziyarət etmək üçün Xankəndi adı verilmiş təyyarə ilə Füzuli aeroportuna uçuruq. Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək. BMT bayrağı azad edilmiş Şuşada dalğalandırılacaq”, – Hikmət Hacıyev qeyd edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=171861

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728