Bakıda məşhur evin çilçırağı niyə satıldı? – VİDEO

30.03.2022 - 17:26

Baku TV Balaxanıda yerləşən məşhur freskalı ev haqqında araşdırma hazırlayıb.

Sanki nağıl kitabı səhifələrindən qopub reallaşmış bu ev adamı orta əsr Avropa malikanələrinə aparır. Divardakı freskaların rəssamı bəlli olmasa da, evin sahibinin 20-ci əsrin əvvəllərinin Bakı neftxudalarından olduğu məlumdur. Evin tavanındakı çilçıraq sonradan daha müasiri ilə əvəzlənib.

Evin sahibi Üzeyir Əliyevin dediyinə görə, maddi sıxıntılar səbəbindən həmin çilçıraq satılıb. Ev sahibi onu da qeyd edib ki, qonaqlıqlarda, ziyafətlərdə qadınlar bu otağa keçməzmişlər. Buna səbəb isə müsəlman mühafizəkarlığı imiş. Freskalarda çılpaqlıq və bu kimi motivlər olmamasına baxmayaraq, divardakı rəsmləri ancaq kişilərin görməsi caiz imiş. Ü.Əliyev deyir ki, bu otağın qorunub-saxlanmasında əsas rol anasına məxsusdur. Məhz onun arzusu ilə divardakı şəkillərin üzəri bağlanmayıb.

Ətraflı süjeti təqdim edirik:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=172388

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930