Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edildi – Prezidentdən SƏRƏNCAM

01.04.2022 - 19:14

Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilib.

Cumhuriyyet.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu imzalaması ilə mümkün olub.

Dəyişikliyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisi, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisi, Hacıkənd bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə isə Hacıkənd və Göygöl qəsəbələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=172633

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728