Paşinyan Brüssel görüşündən danışdı: “Ermənistan sülhə hazırdı”

07.04.2022 - 16:54

“Brüsseldə keçirilən danışıqlarda tərəflər iki cəbhədə irəliləmək barədə razılığa gəliblər”.

Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu cümə axşamı baş nazir Nikol Paşinyan hökumətin iclasında Azərbaycan prezidenti İlham Əliyevlə görüşündən danışarkən deyib.

“Söhbət sərhədin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması, eləcə də İrəvanla Bakı arasında sülh danışıqları üçün ilkin şərtlərin formalaşdırılması haqqında razılaşmadan gedir”.

Paşinyan qeyd edib ki, prosesin sonrakı qiymətləndirilməsi razılaşmaların praktiki icrası mərhələsində qeydə alınan nəticələrdən asılıdır.

Hökumət başçısı həmçinin əlavə edib ki, Ermənistan regionda uzunmüddətli sülh erasının açılmasına sadiqdir, lakin başa düşmək lazımdır ki, hər şey ondan asılı deyil.

Xatırladaq ki, aprelin 6-da Belçikanın paytaxtında Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli danışıqlar keçirilib.
Görüşdən sonra Paşinyan və Əliyev ölkələrinin xarici işlər nazirlərinə sülh danışıqlarına hazırlığa başlamağı tapşırıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173045

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930