Valideynlərdən pul aldığı deyilən “Zəngi” liseyinin direktoru DANIŞDI – YENİLƏNİB + FOTO

08.04.2022 - 16:33

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən “Zəngi” liseyinin direktoru X sinif şagirdlərinin valideynlərindən pul alması iddiasına cavab verib.

Cumhuriyyet.az-ın məlumatına görə, liseyin direktoru Almaz Əsgərova Oxu.Az-a bildirib ki, yayılan məlumatlar yalandır:

“Bunun şər-böhtan olduğunu sübut da edəcəyik. Məni pul almaqda ittiham edən müəllimin qeyd apardığı şagirdlərin davamiyyət jurnalında “qayıb” yoxdur. Şagird dərsdə yoxdursa, niyə “qayıb” yazıb?”

O qeyd edib ki, məhkəməyə müraciət edəcək:

“İstəyirəm ki, məsələ tam araşdırılsın”.

12:32

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərkibində fəaliyyət göstərən “Zəngi” liseyinin müəllimi narazıdır.

Oxu.Az-ın məlumatına görə, Arif Bədəlov adlı müəllim bildirib ki, boş sinfə dərs keçir.

O iddia edib ki, “Zəngi” liseyində təhsil alan X sinif şagirdlərinin valideynləri
direktora pul ödədikləri üçün dərsə gəlmirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=173141

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31