Rusiya “Bayraktar”lardan NARAHATDIR

08.04.2022 - 22:25

Rusiya “Bayraktar TB2” zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) Ukraynaya satılması ilə bağlı Türkiyəyə narahatlığını bildirib.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi adı açıqlanmayan Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

O bildirib ki, Rusiya rəsmiləri görüşlərdə PUA-ların satılmasından şikayətlənir və əsəbləşirlər.

“Amma biz onlara cavab veririk ki, bunlar özəl şirkətlər tərəfindən satılır və bu dron alışları müharibədən əvvəl də həyata keçirilib”, – deyə rəsmi qeyd edib.

Türkiyə Rusiya ilə enerji, müdafiə və ticarət sahələrində sıx əməkdaşlıq edir. Buna baxmayaraq, Ankara və Moskva Liviya və Suriya münaqişə bölgələrində əks tərəfləri dəstəkləyir. Türkiyə Rusiyanın Ukraynaya hücumunu pisləyir, ancaq Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalara qoşulmur.

Qeyd edək ki, Ukrayna Rusiyanın hücumundan əvvəl Türkiyənin “Baykar” şirkətindən PUA-lar alıb. Eyni zamanda PUA-ların birgə istehsalı ilə bağlı tərəflər arasında müqavilə imzalanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173163

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930