“İlkin Süleymanovu şöbəyə aparanda demişdilər ki…” – MƏHKƏMƏ

11.04.2022 - 21:20

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi olub.

Cumhuriyyet.az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə keçmiş polis əməkdaşı, İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov üçüncü dəfə ifadə verib.

O, təqsirləndirilən İlkin Süleymanovun vəkillərinin və hakimin suallarını cavablandırıb.

M.Süleymanov keçən məhkəmə prosesində ifadəsində bildirmişdi ki, onun yaşadığı ev İlkin Süleymanovun qaldığı evlə bitişikdir və Nərmin Quliyevanın saxlanıldığı iddia edildiyi otaq isə onun qaldığı otaqla arakəsmə olaraq yanbayandır və o heç vaxt həmin otaqda səs eşitməyib.

Bugünkü ifadəsində də bildirib ki, bununla bağlı hətta səs eksperti aparılıb: “İstintaq zamanı hüquq mühafizə orqanlarının əməkdaşları Nərminin saxlanıldığı iddia edilən otaqdan mənim ifadəmdə də dediyim otağa səsin gəlib-gəlmədiyi yoxlanılıb. Onlar da orda danışılan zaman səsin eşidildiyini təsdiq edilib. Daha sonda İstintaq zamanı meyitin tapıldığı ərazidə araba izi olub buna görə kənd sakinlərinə məxsus arabaların təkər izi də yoxlanılıb. Lakin bütün bunlar barədə istintaq işində qeydlərə rast gəlinməyib. İlkini şöbəyə aparanda demişdilər ki, onu sadəcə şahid qismində saxlayıblar, lakin sonra bizə dedilər ki, İlkin günahkardır. Ancaq hansı əsaslara görə onu günahkar hesab edirlər, günü bu gün də subut yoxdur”.

İlkin Süleymanovun vəkili Əlibaba Rzayev son günlər sosial mediada İlkinə sui-qəsd hazırlanması ilə bağlı yayılmış məlumatlardan danışıb. Bildirib ki, yayılan məlumatlara görə, İlkin Süleymanova sui-qəsd təşkil edib, adını da intihar qoymaq istəyirlər: “Mən müvəkkilimlə dəfələrlə söhbət etmişəm, onun intihar etmək fikri yoxdur. Hər hansı hadisə baş verərsə, bu, İlkin Sülyemanova qarşı təxribat hesab olunacaq”.

Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 12-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173290

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930