ABŞ-dan Bakı və İrəvana sülh TƏKLİFİ

15.04.2022 - 01:03

ABŞ Azərbaycan və Ermənistana ATƏT-in Minsk qrupu da daxil olmaqla hərtərəfli sülhə nail olmağa kömək etməyə hazırdır.

Cumhuriyyet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays jurnalistlər üçün keçirdiyi brifinqdə deyib

“Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyə doğru irəliləməyə sadiq qalırıq. Aprelin 6-da Brüsseldə baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyev arasında görüşü, sülh danışıqlarını və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasına hazırlığın müsbət dinamikasını alqışlayırıq. Biz Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını təşviq etməyə davam edirik. Birləşmiş Ştatlar uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün ölkələrə kömək etməyə hazırdır”, – deyə diplomat vurğulayıb.

Eyni zamanda bildirilib ki, ABŞ Rusiya Federasiyası ilə səfirliklər səviyyəsində müntəzəm şəkildə əlaqə saxlayır.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa və ABŞ-ın Minsk qrupu çərçivəsində Moskva ilə əməkdaşlıqdan imtina etdiyini açıqlamışdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=173616

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031