ABŞ İlham Əliyevin sülh danışıqlarına sadiqliyini alqışladı
“ABŞ Ermənistan və Azərbaycan arasında son ikitərəfli XİN çağırışı, Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına sadiqliyinə dair son şərhlərini, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh danışıqlarını alqışlayır”.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə məlumat ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun “Twitter” hesabında yer alıb.
“Dövlət katibinin köməkçisi Karen Donfrid ABŞ-ın prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Şaferi regiona göndərir”, – məlumatda qeyd olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=173757