Azərbaycan-Ermənistan delimitasiya komissiyası Moskvada görüşəcək

12.05.2022 - 17:10

Gələn həftə Moskvada Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyalarının iclasının keçirilməsi planlaşdırılır.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

 

“Bildirmək istəyirəm ki, biz azərbaycanlı həmkarlarımızla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların yaradılması məsələsindən danışmışıq. Razılıq var ki, mayın 16-17-də Moskvada kommunikasiyalar üzrə görüş keçiriləcək, həmçinin həmin günlərdə Moskvada delimitasiya və sərhəd təhlükəsizliyi üzrə ikitərəfli görüş təşkil olunacaq”, – Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

 

***

Azərbaycan və Ermənistanın delimitasiya üzrə dövlət komissiyalarının görüşü 16-17 may tarixində Rusiyanın paytaxtı Moskvada keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Qeyd edək ki, aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyanın və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılığa əsasən, Bakı və İrəvan sərhədin delimitasiyası üçün birgə sərhəd komissiyası yaradılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=174865

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2022
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031