Ermənistan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiya YARATDI

19.05.2022 - 14:00

Ermənistan tərəfi artıq Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı öz komissiyasını yaradıb, vaxtı gələndə adlar açıqlanacaq.

Cumhuriyyet.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra jurnalistlərə bildirib.

“İşçi qruplarının görüşünə gəlincə, bu, texniki fərqlərə görə baş tutmadı. Ümid edirik ki, texniki məsələlər həllini tapacaq və işçi qruplarının görüşü baş tutacaq”.

Qriqoryan qeyd edib ki, Ermənistan sülh gündəminə sadiq qalır. O hesab edir ki, danışıqlar İrəvan və Bakının təklifləri birləşdirildikdən sonra başlamalıdır.

 

Ermənistan Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, İrəvan ümid edir ki, tərəflər sülh gündəmində ortaq məxrəcə gələcəklər, çünki bu, birtərəfli qaydada həyata keçirilə bilməz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175421

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930