Türkiyə Suriyada əməliyyata başlayır – RƏSMİ
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Cumhuriyyet.az xəbər verir ki, iclasda Türkiyə ordusunun Suriyanın şimalında yeni antiterror əməliyyatının keçirilməsinə qərar verilib.
İcasdan sonra yayılan bəyanatda bildirilir ki, terror təşkilatlarını hədəf alan əməliyyatlar Türkiyənin qonşularının ərazi bütövlüyünə qarşı deyil: “Atılan və həyata keçiriləcək tədbirlər qonşularımızın təhlükəsizliyinə də ciddi töhfə verəcək”.
“Cənub sərhədlərimiz boyunca 30 kilometr dərinlikdə təhlükəsiz zonalar yaratmaq üçün başladığımız işin davamı ilə bağlı yeni addımlar atmağa başlayırıq”, – deyə Ərdoğan iclasdan sonra bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=175790