Nəcməddin Sadıkovun keçmiş köməkçisi QANDALLANDI

04.06.2022 - 18:36

Bakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə müstəntiqin Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun sabiq rəisi Elxan Məcidovun barəsində vəsatətinə baxılıb.

Cumhuriyyet.az xəbər verir ki, məhkəmənin 04.06.2022-ci il tarixli qərarına əsasən Elxan Məcidovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

​Elxan Məcidovu istintaq orqanı Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirir.

​Elxan Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsini, aylığa buraxılmasını təmin edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=176236

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728