Pənahəli xanın başdaşı bərpa olunub

16.06.2022 - 16:45

Pənahəli xan Cavanşirin başdaşı bərpa olunub.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Milli Azərbaycan Tarixi Muzeyi məlumat yayıb.

Qeyd olunub ki, başdaşı bərpadan sonra ilk dəfə nümayiş olunacaq.

Ölkədə 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq Milli Azərbaycan Tarixi Muzeyi Şuşa şəhərinin tarix və mədəniyyətinin təqdim edilməsi ilə bağlı silsilə tədbirlər hazırlanır. Bu dəfəki tədbir Qarabağ xanlığının yaradıcısı, Şuşa şəhərinin banisi Pənahəli xan Cavanşirə (1693-1763) həsr olunacaq. Belə ki, Pənahəli xan Cavanşirin başdaşı bərpadan sonra geniş ictimaiyyətə təqdim olunacaq.

Muzeyin Bərpa laboratoriyasında başdaşı üzərindəki yazı və naxışlar orijinal hallarına xələl yetirmədən müasir vasitə və üsullar istifadə edilərək təmizlənib, zədəli yerləri bərpa edilib. Başdaşının nümayişi üçün muzeyin daimi ekspozisiyasının 1-ci mərtəbəsində zal ayrılıb, burada İmarət qəbiristanlığındakı türbənin maketi hazırlanıb və başdaşı qurulub.

Həmçinin zalda başdaşının yazısının oxunması, türbənin tarixi ilə bağlı məlumatlar olan informasiya panelləri, rəssam Əjdər Qafarovun “Pənahəli xan Cavanşir” adlı rəsm əsəri yerləşdirilib.

Başdaşı ilə tanış olmaq istəyənlər muzeyin girişində qeydiyyatdan keçməlidir.

Short URL: http://www.cumhuriyyet.net/?p=176925

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728