Azərbaycan Özbəkistanla hərbi saziş İMZALADI
Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.
Cumhuriyyet.az xəbər verir ki, sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıblar.
Bundan başqa, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş də imzalanıb.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkəndə dövlət səfərindədir. Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=177268