Deputatdan aktrisa Pərvin Abıyeva ilə sevgili olma xəbərinə REAKSİYA

07.07.2022 - 11:18

“Tik Tok” və digər sosial şəbəkələrdə aktrisa Pərvin Abıyeva ilə deputat Cavid Osmanovun sevgili olması barədə yayılan məlumatlar qalmaqala çevrilib.

Cumhuriyyet.az  xəbər verir ki, deputat haqqında yayılan məlumatların pərdəarxasını Yenisabah.az-a açıqlayıb. O, bu məlumatların həqiqəti əks etdirmədiyini və qarayaxma olduğunu bildirib:

“Bildiyiniz kimi qarşı tərəf (Pərvin Abıyeva) bu iddiaları cavablandırıb. Bunlar Azərbaycana qarşı fəaliyyət göstərən, ölkədə qarışıqlıq salmaq istəyən qaragüruhçuların ortaya atdığı əsassız iddialardır”.

Cavid Osmanov bu iddiaları kimlərin mediaya buraxdığını da açıqlayıb:

“Bu məlumatlar birbaşa olaraq Milli Şuranın üzvləri tərəfindən ortaya atılıb. Onlar hər addımlarında Azərbaycana qarşı fəaliyyət göstərən qüvvələrdir”

Deputat bu kampaniyanın səbəbindən də danışıb: “Bilirsiniz, onlar haqqında son zamanlar çox kəskin yazılar yazmağım həmin adamları bu addımı atmağa vadar edib. Mən antimilli qüvvələrə qarşı hər zaman mübarizə aparmışam, yenə də mübarizə aparacağam. Daxilimizdə olan erməniyə xidmət edən müxalifət qüvvələr və blogerlər haqqımda qarayaxma apararaq boş-boş işlərlə məşğuldurlar. Bir daha bəyan edirəm, bu yayılan məlumatlar cəfəngiyyatdır, belə bir xəbərin doğru olması mümkün deyil.”

Short URL: http://www.cumhuriyyet.net/?p=178126

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728