Operativ Qərargah məktəblərlə bağlı QƏRAR verə bilər

23.07.2022 - 14:38

Ölkədə koronavirusa yoluxma sayı gün keçdikcə artır. Yoluxma sayının artması insanları təşvişə salır. Sosial şəbəkələrdə və cəmiyyətdə artan yoluxma sayına görə tədris ocaqlarının sentyabrda açılmayacağı söylənilir.

Hər kəsi yeni tədris ilində distant təhsilə keçiləcəyilə bağlı sual maraqlandırır.

Cumhuriyyet.az Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov Modern.az-a danışıb.

Ekspert bildirib ki, indidən məktəblərin açılmayacağını söyləmək olmaz:

“Koronavirus həm insanların sosial həyatına, həm də sağlamlığına mənfi təsir etdi. Ölkəmiz ən şiddətli dalğaların öhdəsindən gələ bildi. Artan koronavirus xəstələrinin sayına görə qapanmalar və s. oldu. Amma koronadan daha çox təsirlənən təhsil sahəsidir. Dünyada, ölkəmizdə koronaya yoluxma sayı artır”.

E. Süleymanovun sözlərinə görə, yoluxma artarsa, Operativ Qərargah müvafiq addımlar ata bilər:

“Əgər artım bu cür davam edərsə, Operativ Qərargah şagirdlərin sağlamlığını əsas tutaraq doğru qərarı verər. Onu da qeyd edim ki, iki il məktəbdən uzaq qalma şagirdlərin psixologiyasına çox təsir etdi. Məktəbdən uzun müddətli uzaq olmaq dərsin keyfiyyətinin aşağı düşməsinə, uşaqların diqqət probleminin pozulmasına gətirib çıxardı. Yoluxma sayı kəskin artmazsa, məktəblər açılmalıdır. Məktəblərin açılmaması ən son addım olmalıdır. Şəxsən onlayn tədrisə keçilməsini, məktəblərin bağlanmasını mən yaxşı qiymətləndirmirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=179276

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728