Paşinyana sui-qəsd ola bilər

17.08.2022 - 13:15

İrəvanın müxtəlif yerlərinin minalanması xəbərlərinin arxasında Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istəyən qüvvələr dayana bilər.

Cumhuriyyet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Siyasi şərhçi hesab edir ki, onlar – bomba qoyulması xəbərini yayanlar İrəvanda panika yaratmaqla Paşinyanın mövqelərini zəiflətməyi planlaşdırırlar.

““Qarabağ klanı”nın timsalında radikal müxalifət Paşinyanı parlamentdə istefaya məcbur edə bilmədi. Radikal müxalifət aylarla küçə yürüşləri və mitinqlər keçirdi, yenə nəticə əldə etmədi. Ermənistan vətəndaşları radikal müxalifətə dəstək vermədi. Görünür, radikal müxalifətin daha radikal qanadı ən son üsula – terrora əl atıb. Metronun və hava limanının minalanması xəbərdarlıqlarından sonra Nikol Paşinyana qarşı sui-qəsdin həyata keçirilməsi də mümkündür. Metroda mina həyəcanı Paşinyana xəbərdarlıqdır. Nikol Paşinyan təhlükəsizliyinin artırılması barədə düşünməlidir”, – deyə E. Şahinoğlu söyləyib.

Qeyd edək ki, son günlər Ermənistanın paytaxtı İrəvanın müxtəlif yerlərinə bomba qoyulması barədə xəbərlər yerli əhali arasında təşvişə səbəb olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=180785

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728