Şuşaya getməyən Fransa səfirindən AÇIQLAMA

05.09.2022 - 12:17

Xəbər verdiyimiz kimi, ötən ayın sonlarında Şuşada növbəti beynəlxalq konfrans keçirilib. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları, şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunan konfransda ABŞ və Fransa səfirləri iştirak etməyib. Belə ki, rəsmi Bakı hər iki ölkənin diplomatına Şuşaya səfərlə bağlı dəvət göndərsə də, onlar heç bir səbəb göstərmədən konfransda iştirakdan imtina ediblər.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Fransa və ABŞ səfirləri Şuşa səfərində iştirak etməməklə Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstəriblər.

Prezidentin köməkçisi qeyd edib: “Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”.

Cumhuriyyet.az xəbər verir ki, Fransanın Azərbaycandakı səfiri Zakari Qross isə ötən gün “Tvitter” hesabında Azərbaycanda olmadığı barədə paylaşım edib.

“Yay tətili bitdi, Səfirlər Konfransı başa çatdı. Missiyamın yerinə yetirilməsi üçün Azərbaycana qayıdıram. Konfransın əhval-ruhiyyəsi soyuq idi, lakin Rusiyanın təcavüzünə qarşı mübarizə aparmaq üçün kollektiv əzmlə çalışırıq”.

Qeyd edək ki, sentyabrın 1-də Fransada Səfirlər Konfransı keçirilib. Fransa prezidenti Emmanuel Makron tərəfindən səfirlərə tapşırıqlar verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181464

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728