Paşinyan Praqaya sülh sazişi ilə gedəcək – İDDİA

29.09.2022 - 12:38

“Ermənistan tərəfindən sülh müqaviləsinin ilkin variantı artıq hazırlanıb. Sülh müqaviləsinə dair prosesin tempi daha da sürətlənib”.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistanın “Hpararak” nəşri yazıb.

Məlumata görə, Nikol Paşinyan sülh sazişinin ilkin layihə variantı ilə oktyabrın 6-da Praqada keçirilməsi nəzərdə tutulan Avropa İttifaqının (Aİ) qeyri-rəsmi sammitinə qatılacaq.

Bildirilir ki, sentyabrın 27-si Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivanın təşəbbüsü ilə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilən görüşdə sözügedən sazişin ilkin variantları müzakirə olunub.

Əvvəlcədən məlumat verilmişdi ki, Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Nikol Paşinyanın görüşü baş tuta bilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182840

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728