“Məndə görüntülər var ki, icra başçısı qaziyə hörmətsizlik edir” – Deputat

30.09.2022 - 13:18

“Məndə görüntülər, videolar var ki, icra başçısı qaziyə hörmətsizlik edir. Açıqlamaq istəmirəm, amma hər bir halda Şəhid adının əbədiləşdirilməsinə diqqət yetirilməlidir”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputat Sabir Rüstəmxanlı “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, ilk növbədə evsiz-eşiksiz şəhid ailələrinin evlə təmin olunması məsələsinə baxılmalıdır:

“Ən çox giley-güzar işsizlikdəndir. Qazilərin işlə təmin olunmasına çox ciddi yanaşılmalıdır. Təqaüd prinsplərinin ölkədə pozulması çox böyük narazılıqlar yaradır. İlk olaraq qazilərin və onların ailələrinin təqaüd məsələsi nizama salınmalıdır. Mən bizim şəhidlərimizin, qazilərimizin savaşa necə getdiklərini görmüşəm. Aparılan bütün anti-təbliğatlara baxmayaraq, onlar bu duyğunu necə ötürürdülər. Onların bu duyğusunu öldürmək olmaz”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182956

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930