Ermənistan parlamenti sərhəddəki vəziyyəti müzakirəyə ÇIXARIR

04.10.2022 - 12:17

Bu gün Ermənistan parlamentinin 4 günlük növbəti sessiyası öz işinə başlayıb.

Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, sessiyanın gündəliyinə 21 məsələ daxil edilib.

Parlament “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihələri paketini və ona əlavə edilmiş qanun layihələrini, hərbi qulluqçuların dövriyyəsini tənzimləyən qanun layihələri paketini ikinci oxunuşda müzakirə edəcək.

Gündəliyə 2020-ci il sentyabrında Ermənistan-Azərbaycan sərhəddindəki hərbi əməliyyatlarla bağlı vəziyyətin öyrənilməsi üzrə Milli Məclisin İstintaq Komissiyasının fəaliyyətinin uzadılması ilə bağlı layihə də daxildir.

Verilən məlumata görə, erməni deputatlar sərhəddəki vəziyyəti müzakirə edəcəklər.
Qeyd olunur ki, müxalifətin “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları sessiyanı boykot edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183187

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930