Yeni nazirdən ilk göstəriş: Bundan sonra Vasif Talıbovun…
Naxçıvan MR DİN-in tabeliyindəki idarə, şöbə və bölmələrdən Vasif Talıbovun şəkillərinin yığışdırılmasına başlanılıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a yerli polis bölmələrindən məlumat verilib. Bununla bağlı tapşırığın Naxçıvana yeni təyin olunmuş daxili işlər naziri Süleyman Neymətovun verdiyi bildirilir.
Şərur rayon Polis Şöbəsindəki mənbənin məlumatına görə nazirlik, yerli orqanlarda yoxlamalara da başlayıb: “Nazirlikdən gəlmişdilər. Çoxu Bakıdan gələn yeni əməkdaşlarıdır. Süleyman müəllim özü ilə gətirib. Tapşırıq verildi ki, Vasif Talıbovun bütün şəkilləri təcili şöbədən yığışdırılsın. Dedilər ki, yalnız Heydər Əliyevin və İlham Əliyevin şəkilləri asıla bilər”. Məlumatı Kəngərli, Babək və Şahbuz rayon polis şöbələrindəki mənbələr də təsdiq edir.
Qeyd edək ki, Süleyman Neymətov dekabrın 28-də Naxçıvan MR daxili işlər naziri təyin olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=186738