Vəziyyət kritik hal alır, Rusiya ilə danışıqları sürətləndirək!

24.02.2023 - 12:19

Azərbaycan Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəsi yaratmalıdır.

Cumhuriyyet.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin fevralın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir neçə gün bundan əvvəl atəşkəs 15 dəfə pozuldu:

“O cümlədən Sədərək, Şuşa və Kəlbəcərə atəş açıldı. Problem kifayət qədər ciddiləşib. Ona görə də Laçın yolunda nəzarət mexanizmini həyata keçirmək üçün Rusiya ilə danışıqları daha da intensivləşdirmək lazımdır. Bizim Laçın yolunda gömrük-sərhəd buraxılış məntəqəmiz olmalıdır. Bununla həmin yoldan Qarabağ ərazisinə silah-sursatın çatdırılmasının qarşısını ala bilərik. Çünki bu gün də ərazidə qeyri-qanuni erməni silahlı birləşmələri var. Vəziyyətin getdikcə kritik hala gələcəyi gözləniləndir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=188777

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930