“Fərhad Əhmədovla Priqojinin gizli səs yazısı…” – Markov

27.03.2023 - 11:51

Priqojinin söhbəti, çox güman ki, saxtadır. Ancaq belə bir söhbət mümkündür, çünki Rusiya elitasında çoxları belə düşünə bilər.

Cumhuriyyet.az xəbər verir ki, bu sözləri rusiyalı tanınmış politoloq Sergey Markov İosif Priqojinin azərbaycanlı milyarder Fərhad Əhmədovla danışığının səs yazısını şərh edərkən deyib.

“1. Onlar şoka düşürlər ki, birdən-birə həyatları kəskin şəkildə və çox pisə doğru dəyişib;

2. Onlar hər şeyin daha da pisləşə biləcəyindən şok yaşayırlar;

3. Onlar ümumiyyətlə nüvə müharibəsinin ola biləcəyindən şoka düşürlər;

4. Gözləmədikləri halda Rusiyanın böyük bir zəiflik nümayiş etdirməsindən təəccüblənirlər. Ölkə güclənmir. Hökumət nəyisə yaxşılığa doğru dəyişmir;

5. Onlar hökumət qərarlarının məntiqini başa düşmədiklərindən şoka düşürlər;

6. Bütün bu dəhşətin nə vaxt və necə bitəcəyini görmədikləri üçün şoka düşürlər;

7. Və heç kim onlara heç nə izah etmir. Onlara elə gəlir ki, Rusiyada hakimiyyət özünü gizlədib;

8. Onlar hər zaman şokda olurlar;

9. Belə söhbətlərə gəlincə, bəziləri həqiqətən də bu cür düşünür. Bir qisim isə hər şeyin yaxşı olacağına ümid edir, amma bu cür söhbətlər bütün qorxuları ifadə edir”, – o bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190126

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930