Ordunu gücləndiririk: bəs, qazilər, ailələr?

06.06.2023 - 15:43

“Büdcə xərclərində müdafiə qabiliyyətinin güclənməsini düşünürük. Amma ölkənin içi də gücləndirilməlidir. Bu gün sosial müdafiədə, məmur-vətəndaş münasibətlərində problemlər var, bunu gizlətmək lazım deyil”.
Cumhuriyyet.net xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, Ordunu gücləndirməklə paralel ölkənin daxilində əhalinin sosial müdafiəsi də gücləndirilməlidir:
“Qazilərə münasibət məsələsi var, onlar hamısı bizim müdafiə sistemimizin içindədir. Mən sual etmək istəyirəm ki, DSMF və İşsizlikdən Sığorta Fonduna artımların neçə faizi bizim burada qaldırdığımız məsələlərin həllinə yönəldiləcək? Biz dəfələrlə qazilərin işsizliyi, ümumiyyətlə işsizlik problemi, məmur-vətəndaş münasibətlərində narahatlıqları qaldırmışıq”.
Deputat ailələrin uşağı uşaq bağçasına qoya bilməməsindən də şikayətlənib:
“Ailə uşağını bağçaya qoymaq üçün qapı-qapı gəzir. Niyə belə olmalıdır? Məktəblərdə uşaqların qəbul olunması qəsdən çətinləşdirilir. Uşaqlar qəsdən rus məktəblərinə yönəldilir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191958

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930