Xankəndiyə müdaxiləni qaçılmaz edən vəziyyət…

05.07.2023 - 16:42

Xankəndidəki separatçı rejimin qondarma “ombudsmanı” Qeqam Stepanyan Ermənistan mediasına Qarabağdakı son vəziyyəti açıqlayıb.

Stepanyanın açıqlamaları separatçıların çıxılmaz vəziyyətdə olduğunun etirafı hesab oluna bilər.

Çörək qıtlığı yalanı

Ermənistan mediası Qarabağda çörək növbələrinin yarandığını, aclığın başladığını iddia edir. Stepanyan isə etiraf edir ki, taxıl qıtlığı yoxdur.
“Sadəcə çaxnaşma var. Növbələrin səbəbi də budur. Misal üçün, bir gündə 2-3 çörək alanlar, indi daha çox almağa çalışır, bu da növbəyə səbəb olur. Çörək problemi yoxdur”, – Stepanyan deyib.

Xankəndi küçələri boşalır

Qondarma “ombudsman” deyib ki, əsas problem yanacaqla bağlıdır: “Xankəndi küçələrində artıq maşın görə bilməzsiniz. İctimai nəqliyyat çox az sayda işləyir. Bir çox işçinin artıq evdən işləməsi qərarı verilib. Meyvə-tərəvəz problemi də var, o cümlədən, süd məhsullarında da problemlər yaranır. Əsasən kartof və lobyamız var”.

Rusiya separatçıları unudub

Stepanyanın açıqlamalarından belə nəticə çıxır ki, Moskva artıq separatçıları bir kənara atıb, onların istəklərini nəzərə almır. Qarabağdakı separatçılar artıq Rusiyanın “qarant” olmadığını hesab edirlər.

Sülhməramlılar özləri yeyir

Qondarma “ombudsman” deyir ki, sülhməramlılar öz təlabatlarını helikopterlə gətirirlər: “Lakin bu, yalnız öz ehtiyacları üçün nəzərdə tutulan yüklərdir. Bizim ehtiyaclarımız, görünür onlar üçün çox da vacib deyil”.

Bakı müdaxilə edə bilər

Azərbaycan Qarabağdakı erməni əhalisinin ərzaq və digər təminatını həyata keçirə biləcəyini elan edib. Bunun Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolu ilə təmin edilməsi təklifi irəli sürülüb. Lakin erməni əhalisi üzərində nəzarəti itirməkdən qorxan separatçılar bundan imtina edir və bu qərarı əhalinin iradəsi olmadan verirlər. Bu baxımdan, mülki əhali üçün vəziyyət çətinləşərsə, rəsmi Bakının birbaşa müdaxiləsi qaçılmaz olacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=192948

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930