İranın Azərbaycana qarşı ən təhlükəli siyasəti

06.07.2023 - 13:30

İranda Azərbaycan ədəbi dilində olan və Azərbaycan Respublikasında qəbul olunmuş dövlət dili qaydalarına riayət edilən kitabların nəşrinə icazə verilməyəcək.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin mətbuat məsələləri üzrə sədr müavini Həsən Güli deyib.

O, yalnız “əsl türk” dilində olan kitabların nəşrinə icazə veriləcəyini iddia etsə də, çıxışının ardında məqsədini açıqlayıb:

“Türk dilinin müxtəlif ləhcələri var. Qonşu ölkələrdə də bu dil fərqli ləhcələrdə danışılır və müxtəlif əlifbalarda yazılır. Ancaq əsl türk dili iranda danışılan türkcənin Təbriz ləhcəsidir. Bütün kitablarda bu qaydaya riayət olunmalıdır. Mədəniyyət və İrşad İdarəsi Azərbaycan ədəbi dilində olan kitabların İranda məişət və küçə-bazar danışığı səviyyəsində istifadə edilən dilə uyğunlaşdırılmasını tələb edir”, – Güli bildirib.

Qeyd edək ki, İran ideoloqları onillərdir Azərbaycan xalqının vahid ədəbi dilinin olmamasına çalışır. Burda məkrli məqsəd xalqı parçalamaq, ləhcə fərqini bir-birini zəif anlayacağı səviyyəyə çatdırmaqdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=192986

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728