Makrondan Qarabağ açıqlaması: Təzyiq edirik!

25.08.2023 - 14:39

Bizim yanaşmamız bəllidir, təəssüflənirik və qınayırıq, amma artıq diplomatiyanın vaxtı deyil.

Cumhuriyyet.net xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron “Le Point” nəşrinə müsahibəsində jurnalistin sualına cavab olaraq deyib.

“Biz həmişə demişik ki, xalqın suverenliyinin tərəfdarıyıq. “Dağlıq Qarabağ” məsələsi mürəkkəbdir. Bu mövzunun ən kəskin tərəflərinə toxuna bilmirəm. Fransa 2020-ci il müharibəsini açıq şəkildə pislədi və bəzi humanitar yardımlar təşkil etdi. Bu gün biz Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması, xalqların və mədəniyyətlərin qorunması üçün hər şeyi edirik. Bu sülh müqaviləsi zərurətdir, lakin beynəlxalq hüquqa uyğun olmalıdır”, – o bildirib.

Jurnalistin “Sülh – hətta beynəlxalq ekspertlərin qeyd etdiyi soyqırım prosesinə baxmayaraq?” sualına isə Makron bu cür cavab verib:

“Bu termini tələsik işlətməkdən çəkinərdim. Xüsusilə Laçın dəhlizinin bağlanması nəticəsində qəbuledilməz olan humanitar vəziyyətimiz var. Fransanın rolu humanitar yardım üçün təzyiq göstərməkdir və biz buna nail olmaq üçün əlimizdən gələni edirik. Xüsusilə, ərzaq və dərmanların çatdırılmasını təmin etmək və “Dağlıq Qarabağ”a sərbəst girişi təmin etmək üçün tədbirlər görməkdə davam edirik. Üstəlik, Ermənistanın öz sərhədləri risk altındadır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=194943

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930