Laçın və Ağdam yolları eyni vaxtda açıla bilər – Hacıyev

08.09.2023 - 22:14

Azərbaycan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandan göndərilən ərzaq yüklərinin Azərbaycanın Qarabağ bölgəsinin erməni əhalisinə çatdırılmasını təmin etməyə hazırdır, bir şərtlə ki, eyni vaxtda da Beynəlxalq Qızıl Aypara Cəmiyyətinin Azərbaycandan göndərilən yüklərinin təyinat nöqtəsinə çatmasına icazə verilsin.

Cumhuriyyet.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Röyters” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, gərginliyi aradan qaldıra, Bakı ilə İrəvan arasında uzunmüddətli sülh danışıqlarını stimullaşdıra biləcək pilot sxem çərçivəsində malların tədarükü üçün həm Laçın, həm də Ağdam yolları eyni vaxtda açıla bilər.

H.Hacıyev bildirib ki, bu məsələ sentyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında baş tutmuş telefon danışığı zamanı müzakirə olunub.

“Hər iki yolun eyni vaxtda açılması təklif edilib və Azərbaycan da buna dərhal razılaşıb. Ağdam yolunun bir hissəsi Qarabağ separatçıları tərəfindən beton maneələrlə bağlanıb. Dövlət katibi Blinkenlə telefon danışdığından artıq bir həftə vaxt keçib, amma heç bir irəliləyiş yoxdur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=195614

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930