Türkiyə parlamentində şok: AKP-CHP koalisiyası da gündəmə gəldi

27.03.2015 - 21:40

AKP-çilər yanlışlıqla CHP-nin təklifinə səs veriblər; 7 iyun parlament seçkisindən sonra Türkiyəni AKP-CHP koalisiyası idarə edə bilər; “Habertürk” telekanalı efir siyasətini dəyişdi, siyasi məzmunlu müzakirə proqramları bağlandı

tbmmPrezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Qətərdə hərbi baza yaratması haqqında qanunu təsdiq edib. Belə bir hərbi bazanın yaradılması haqqında anlaşma prezident Ərdoğanın Qətər əmiri ilə son görüşündə razılaşdırılmışdı. Qanuna görə, Türkiyə ordusu Qətərdə təlimlər keçirəcək. Türkiyə mediası yazır ki, həmin hərbi baza Suriyada Bəşər Əsədə qarşı vuruşan güclərin yeni təlim mərkəzinə də çevrilə bilər.
Türkiyə Böyük Millət Məclisinin martın 27-də keçirilən toplantısında AKP-çilərin yanlışlıqla ana müxalifət partiyası olan CHP-nin təqdim etdiyi sənədin lehinə səs vermələri gərgin ortam yaradıb. Məclis bu gün Daxili Təhlükəsizlik Paketini müzakirəyə çıxarıb. CHP həmin paketə bir neçə düzəliş təklif edib. Həmin təkliflər AKP-nin mövqeyinə uyğun olmasa da, millət vəkilləri səsvermə zamanı “lehinə” düyməsini basıblar.
Nəticələr tabloda görünəndən sonra AKP-çi millət vəkilləri etiraz bildirməyə başlayıblar. MHP-çi millət vəkili Oqtay Vuralın “qəbul edildi, əfəndim” deməsi isə ortalığı bir az da qarışdırıb. CHP deputat qrupunu üzvü Arif Hamzaçebi ilə HDP-nin Şırnak millət vəkili Hasip Kaplan O.Vuralın müdafiəsinə qalxıb. AKP-nin deputat qrupunun üzvü Mahir Ünal məclis sədrinin “qəbul edildi” sözünü söyləmədəyi üçün səsvermənin nəticələrini tanınmadığını bildirib. MHP, CHP və HDP-dən olan millət vəkilləri isə AKP-çilərin səsvermənin nəticələrini şübhə altına almalarını Türkiyə Böyük Millət Məclisinə həqarət saydıqlarını bildiriblər.
Məclis sədri Yakut millət vəkillərini sakitləşdirməyə çalışıb: “Hörmətli millət vəkilləri, mən “qəbul edildi” kəlməsini işlətməmişəm. Lütfən, sakit olub”. Məclis sədrinin bu hərəkəti “alovun üzərinə yağ töküb”. CHP-nin Mersin millət vəkili Ali Rza Öztürk bildirib ki, qanunun məclisdən düzəlişlər olmadan çıxması Türkiyədə insan hüquq və azadlıqlarının sərt şəkildə məhdudlaşdırılması deməkdir: “Adı Daxili Təhlükəsizlik Paketi olan qanuna ciddi dəyişikliklər edilməsinə ehtiyac var. Çünki bu qanunun qəbulu vətəndaşlarımızın bir sıra hüquqlarının məhdudlaşdırılmasına xidmət edəcək. Bizim təklif etdiyimiz dəyişikliklər qanunun yumşaldılması məqsədi daşıyır. Və hesab edirik ki, bu düzəlişlərin qəbul edilməməsi Türkiyədə demokratik prosesin qarşısına bir daha ciddi sədd çəkilməsidir”.
AKP-çilərin israrlarından sonra yenidən səsvermə keçirilib və qanun CHP-nin düzəlişləri olmadan qəbul edilib.
Daxili Təhlükəsizlik Paketinə ilk reaksiya verənlər arasında AKP-dən istefa verən millət vəkili, keçmiş futbolçu Hakan Şükür də var. Fikirlərini Twitter üzərindən paylaşan Hakan Şükür vurğulayıb ki, hökumət bu addımla insan haqlarını sərt şəkildə məhdudlaşdırır: “Adını daxili təhlükəsizlik, ya istibdadın başlanğıcı, ya da kəşfiyyat dövləti… nə qoyurlar, qoysunlar, bu qanun bizim fərd olaraq, azadlıqlarımızı əlimizdən alır. Bundan sonra polis bizi prokuror sanksiyası, məhkəmə qərarı olmadan apara bilər. Hara..? Bax, bu, insafına qalıb. Məsələn, məhkəməsiz, prokurursuz sizi saxlayan polis bu haqda 48 saat heç kimə xəbər verməyə bilər. Çevriliş dönəminə xoş gəldiniz”.
Təsisçisi CHP-çi millət vəkili Durdu Özbolat olan “Yurt bu gün” qəzeti 7 iyun parlament seçkisindən sonra Türkiyəni AKP-CHP koalisiyasının idarə edəcəyi haqqında iddia irəli sürüb.
“Böyük koalisiya” adlı məqalədə bildirilir ki, gözlənilən seçkidə MHP-nin səsləri yüksələcək, HDP TBMM-ə girəcək, AKP isə ciddi şəkildə səs itirəcək. Bu isə AKP-nin təkbaşına iqtidar olmasını böyük sual altına alacaq və çözüm kimi CHP ilə koalisiya qurulacaq: “Seçkilərə 72 gün qalmış iqtidar komandasından və CHP-dən koalisyon hökumətlə bağlı eyni məzmunlu mesajlar gəlməkdədir. Hər iki düşərgə iqtisadi islahatlar və çözüm sürəcinin davam etdirilməsi ilə bağlı eyni leksikonu qullanırlar. Bu isə onu deməyə əsas verir ki, 4 partiyalı yeni məclisdə koalisyon hökumət yaratmaq üçün AKP ilə CHP-nin danışıqlar masasına əyləşəcəyi ehtimalı böyükdür”.
Bu arada AKP içərisindəki aylardır ki, davam edən nüfuz savaşı da seçki yaxınlaşdıqca, daha da qızışır. Ankara Böyük Şəhər Bələddiyyəsinin başqanı Melih Gökçek bir müddət öncə baş nazirin müavini Bülənt Arıncı “paralelçi” adlandırmışdı.
Ötən gün M.Gökçekə cavab verən B.Arınc deyib ki, o, bu hərəkəti ilə prezidentə yarınmağa çalışır: “O, söylədiyi sözlərin hesabını verəcək. Mən paralelçi deyiləm”. B.Arınç Ərdoğanın “400 millət vəkili istəyirəm” açıqlamasını da tənqid edib: “330 iddiamızı gərəyincə müdafiə edəcəyik. Ancaq bundan artığını tutdura bilməyəcəyimizdən qorxuram. Rəqəm məsələsində ehtiyatlı davranmalıyıq”.
Türkiyə mediası seçki yaxınlaşdıqca AKP-nin media qurumları üzərində nəzarəti gücləndirəcəyini də yazır. Ötən gün bəlli olub ki, Türkiyənin ən populyar telekanallarından Habertürk 7 iyun seçkisi bitənə qədər siyasi tok-şouları və müzakirə proqramlarını yayımdan çıxarıb. Telekanal artıq bu haqda rəsmi açıqlama da yayıb. Açıqlamada bu addımın səbəbləri göstərilməyib. Bu qərar yalnız Murat Bardakçının “Tarihin arka odası” proqramına aid edilməyib.
Qərardan sonra Fatih Altaylının “Təkə tək”, Balçiçek İlterin “Qarşı fikir”, Didem Aslanın “Türkiyənin nəbzi”, Ece Ünerin “Eninə boyuna” müəllif proqramları dayandırılıb. Adıçəkilən proqramlar Türkiyənin ən reytinqli proqramları hesab edilir.
Aygün Muradxanlı, Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=19820

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728